Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Super Liqanın 17-ci turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.

Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.