“Beşiktaş” Tbilisi “Dinamo”sunun yarımmüdafiəçi Nika Ninuanı heyətinə cəlb edir.

Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, klublar 21 yaşlı futbolçunun keçidi üçün hərtərəfli razılığa gəliblər.

İstanbul klubunun Ninua üçün qarşı tərəfə 700 min avro ödəyəcəyi bildirilir. Gürcü futbolçu ilə 5 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

Qeyd edək ki, Nika Ninua ötən mövsüm "Dinamo"da 37 oyuna 8 qol vurub, 11 məhsuldar ötürmə verib.