"Beşiktaş" - "Makkabi" matçı Bakıda oynanacaq?
- 04 Sen 2024 12:00
- 211
UEFA Avropa Liqasının əsas mərhələsindəki matçlardan biri - "Beşiktaş" - "Makkabi" qarşılaşması neytral meydanda oynana bilər.
"Rekord.az" xəbər verir ki, buna səbəb İsrail-Türkiyə münasibətlərindəki son zamanlar yüksələn gərginlikdir.
Tel-Əviv təmsilçisi təhlükəsizlik baxımından matçın yerinin - ölkəsinin dəyişdirilməsini, başqa dövlətdə keçirilməsini istəyib.
"Beşiktaş" rəhbərliyi bu tələbə "yox" deyib. Türkiyə klubu matçın əvvəldən təyin edildiyi kimi noyabrın 28-də, İstanbulda oynanacağını elan edib. Qonaqlar isə durumdan narazıdılar. İddiaya görə, qarşılaşmanın Bakıda keçirilməsi təklifi edilib. Həm Türkiyə, həm də İsraillə dostluq münasibətləri olan Azərbaycan bu baxımdan ideal variant kimi qəbul edilir.