"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Rekord.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.