Bu gün Konfrans Liqası çərçivəsində "Neftçi" ilə üz-üzə gələn "Beşiktaş"ın Bakı klubunun heyətində ən çox çəkindiyi futbolçunun kimliyi məlum olub.

Rekord.az-ın Türkiyə mediasında apardığı təhlillərə əsasən İstanbul təmsilçisi "Neftçi"nin heyətində ən çox Lebondan ehtiyat edir.

Təsadüfi deyil ki, komandanın baş məşqçisi Şenol Günəş də dünənki mətbuat konfransında bu futbolçunun adını xüsusi çəkib.