"Beşiktaş" "Sportinq"in (Portuqaliya) futbolçusu Valentin Rozyeni 4.8 milyon avroya birdəfəlik alıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi 2024/2025 mövsümünün sonuna kimi İstanbul təmsilçisində oynayacaq.

Qeyd edək ki, "Beşiktaş" bu yay Rozyeni yenidən icarəyə götürmüşdü. 25 yaşlı futbolçu ötən mövsüm də icarə əsasında "qara qartallar"da çıxış edib.