"Beşiktaş" futbolçusu Tayfur Bingölü icarəyə verib.

Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Eyüspor"a 2024/2025 mövsümünün sonuna kimi icarəyə göndərilib.

Bu barədə klubun saytı məlumat yayıb.

Bingöl ötən mövsüm "Beşiktaş"ın heyətində 19 matçda meydana çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.