"Beşiktaş" yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi "Lill"in yarımmüdafiəçisi Nikolas Qaytanı rənglərinə bağlamaq istəyir.

"Ağ-qaralar" Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq futbolçunu azad agent statusu ilə heyətinə qatmaq fikrindədir.

Qaytan qış fasiləsində ABŞ-ın "Çikaqo Fayr" klubundan "Lill"ə keçib. 32 yaşlı yarımmüdafiəçi 2018-ci ildə "Atletiko"dan Çinin "Dalyan İfan" klubuna keçmişdi. "Boka Xuniors"un yetirməsi "Benfika"da da oynayıb.