“Beşiktaş” “Qarabağ”ın futbolçusu üçün danışıqlara başlayıb
- 07 İyn 2024 14:40
- 169
"Qarabağ"ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirə bilər.
Rekord.az xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur "A Bola" nəşri məlumat yayıb.
"Beşiktaş"ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. "Qara qartallar"ın Azərbaycan klubu ilə danışıqlarının davam etdiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Kabo Verdedən olan oyunçunun "köhlən atlar"la müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.