“Beşiktaş” uduzdu, “Real”, MS və “Liverpul” qalib gəldi
- 16 Sen 2021 00:59
- 514
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turuna yekun vurulub.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə 4 qrup üzrə daha 8 qarşılaşma gerçəkləşib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. İstanbulda baş tutan görüşdə qələbəni qonaqlar bayram ediblər. Qrupun digər görüşündə Niderland “Ayaks”ı Portuqaliyada “Sportinq”i darmadağın edib.
A qrupunda yer alan turnirin son finalçısı “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. Kifayət qədər məhsuldar alınan görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Fransa PSJ-si isə Belçikada “Brügge” ilə heç-heçəyə razılaşıb.
B qrupunda İspaniya çempionu “Atletiko” (Madrid) Portuqaliya “Portu”su, İngiltərə “Liverpul”u isə İtaliya “Milan”ı ilə münasibətlərinə aydınlıq gətirib. Madriddəki oyunda qapılara qol vurulmayıb. Dramatik alınan digər oyunda isə İngiltərə nəhəngi qələbə qazanan tərəf olub.
Gecənin maraqlı oyunlarından biri D qrupunda olub. İspaniya “Real”ı İtaliyada “İnter”lə qarşılaşıb. Bu oyunda qonaqlar minimal hesabla qalib gəliblər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
15 sentyabr
A qrupu
Mançester Siti (İngiltərə) – Leyptsiq (Almaniya) 6:3
Qol: Ake, 16. Mukiele, 28-öz qapısına. Mahrez, 45+2-pen. Qriliş, 56. Kanselo, 75. Q.Jezus, 86 – Nkunku, 42; 51; 73.
Brügge (Belçika) – PSJ (Fransa) 1:1
Qol: Vanaken, 27 – A.Herrera, 15.
B qrupu
Atletiko (Madrid, İspaniya) – Portu (Portuqaliya) 0:0
Liverpul (İngiltərə) – Milan (İtaliya) 3:2
Qol: Tomori, 9-öz qapısına. Salah, 49. Henderson, 69 – Rebiç, 42; B.Dias, 44.
C qrupu
Beşiktaş (Türkiyə) – Borussiya (Dortmund, Almaniya) 1:2
Qol: Montero, 90+4 – Bellingem, 20. Haland, 45+3.
Sportinq (Portuqaliya) – Ayaks (Niderland) 1:5
Qol: Paulinyo, 33 – Haller, 2; 9; 51; 63. Berqeys, 39.
D qrupu
Şerif (Moldova) – Şaxtyor (Donetsk, Ukrayna) 2:0
Qol: A.Traore, 16. Yansane, 62.
İnter (İtaliya) – Real (İspaniya) 0:1
Qol: Rodriqo, 90.