Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin 1-ci Liqa klubu "Karagümrük"dən Can Keleşlə anlaşıb.

"Beşiktaş" 22 yaşlı futbolçunu tibbi müayinədən keçirib. Onunla 4 illik müqavilə imzalanıb.

İstanbul nəhəngi bu transfer üçün 2,75 milyon avrosundan keçib.