Türkiyənin "Beşiktaş" klubu futbolçusu Fransisko Montero ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı ispaniyalı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Montero 2020-ci ildən "Beşiktaş"ın formasını geyinib.