Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, İstanbul klubunun hücumçusu Cenk Tosun zədələnib.

O, Super Liqanın 34-cü turunun “Ərzurumspor”la oyununda sıradan çıxıb. Belə ki, qarşılaşmanın 75-ci dəqiqəsində Cenk Tosunun sağ diz qapağı yerindən çıxıb. Dərhal əvəzlənən 29 yaşlı hücumçu təcili yardım maşını ilə stadionu tərk edib. 

Bu gün əməliyyat olunacaq Türkiyə millisinin üzvü, 6-7 ay futbol oynaya bilməyəcək. Bu, onun AÇ-2020-də Türkiyə yığmasına da kömək edə bilməyəcəyi anlamına gəlir.

İngiltərənin “Everton” klubundan bu qış fasiləsi dönəmində mövsümün sonuna qədər icarəyə götürülmüş Cenk Tosun, “Beşiktaş”da 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.