“Beşiktaş”da ciddi itki
- 07 Okt 2019 14:44
- 733
Türkiyənin “Beşiktaş” klubu ciddi itkilərlə üzləşib.
Rekord.az xəbər verir ki, “qara qartallar”ın futbolçusu Dorukan Toköz zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə Super Liqasının 7-ci turunun “Alanyaspor”la oyununda (2:0) diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bu oyunda “Beşiktaş”ın daha iki futbolçusu Kevin Nkudu və Oğuzhan Özyakup da sıradan çıxıb. Amma bu gündən müalicələrinə start verilən bu oyunçuların zədəsi elə də ciddi deyil və onların tezliklə sıraya dönməsi gözlənilir.