“Beşiktaş”da koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin daha üç oyunçusunda COVİD-19 aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ölkələrinin milli komandalarına yollanmış futbolçulardan da ikisinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bununla da “qara qartallar”ın heyətində koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə yüksəlib.

“Beşiktaş” əvvəlki günlərdə daha üç futbolçusunda COVİD-19 aşkarlandığını açıqlamışdı. Adları açıqlanmayan bütün oyunçular karantinə alınıb.