“Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər
- 22 Okt 2019 12:41
- 765
Türkiyənin “Beşiktaş” klubu ciddi itkilərlə üzləşib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin braziliyalı sağ cinah müdafiəçisi Duqlas uzun müddətə sıradan çıxıb.
Onun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Burak Yılmaz və Abdulay Diabi də zədədən əziyyət çəkir. Amma klub həkimləri hər iki futbolçunun növbəti oyuna qədər sıraya dönməsinə çalışacaq. “Beşiktaş” Super Liqanın növbəti turunda “Qalatasaray”la qarşılaşacaq. Burakla Diabinin həmin oyunda forma geyinmək şansı qalırsa, Duqlasın növbəti turu buraxacağı dəqiqdi.
Xatırladaq ki, “Beşiktaş”a Dorukhan Toköz və Viktor Ruiz də uzun müddətə sıradan çıxıb.
“Beşiktaş” - “Qalatasaray” matçı noyabrın 27-də keçiriləcək.