“Beşiktaş”dan “Alanyaspor”a növbəti transfer
- 01 Sen 2020 19:32
- 749
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Beşiktaş”ın sol cinah müdafiəçisi Ahmet Gülayı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu mövsümün sonuna qədər “Alanyaspor”un uğurları üçün çalışacaq.
Xatırladaq ki, Alanya təmsilçisi bir müddət “Beşiktaş”dan Fatih Aksoyu da transfer etmişdi. Lakin Gülaydan fərqli olaraq, Aksoy braziliyalı stopper Velintonun İstanbul klubuna transferinin tərkib hissəsi kimi transfer hüquqları ilə birgə “Alanyaspor”a keçib.