“Beşiktaş”dan Avroliqa matçında darmadağın
- 22 Yan 2025 22:10
- 36
Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir matç baş tutub.
Türkiyənin "Beşiktaş" klubu doğma meydanda İspaniyanın "Atletik" (Bilbao) komandasını qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.
İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joao Mario (90+2, penalti) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.
Ole Qunnar Sulşerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıb. "Atletik" isə 16 xalla ikincidir.
Xatırladaq ki, turun açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. Qalan oyunlar sabah keçiriləcək.