Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin matçları iki gündə keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Beşiktaş” klubu bu gün Yunanıstanın PAOK klubuyla qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan məğlub ayrılan Türkiyə təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Günün digər matçında səfərdə “Tirana”nı məğlub edən “Srvena Zvezda”, PAOK-la birgə ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. İlk turda Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdıran “köhlən atlar” bu dəfə Moldova “Şerif”ini sınağa çəkəcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

25 avqust

Tirana (Albaniya) – Srvena Zvezda (Serbiya) 0:1
Qol: Tomane, 62.

PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə) 3:1
Qol: Tzolis, 7; 24. Pelkas, 30 – Larin, 37.

26 avqust

18:30 Alkmaar (Niderland) – Viktoriya (Çexiya)
20:00 Qarabağ (Azərbaycan) – Şerif (Moldova)
20:00 Suduva (Litva) – Makkabi (Təl-Əviv, İsrail)
20:00 Çelye (Sloveniya) – Molde (Norveç)
21:00 Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya)
21:30 Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka)
22:00 Dinamo (Brest, Belarus) – Sarayevo (Bosniya və Herseqovina)
22:00 ÇFR (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya)
22:00 Legiya (Polşa) – Omoniya (Kipr)
22:15 Yanq Boyz (İsveçrə) – Klaksvik (Farer adaları)
22:45 Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan)