"Beşiktaş” klubunun rəhbərliyi yeni kampaniya barədə açıqlama yayıb.

 

Rekord.az xəbər verir ki, azarkeşsiz keçiriləcək Super Liqa oyunları zamanı tribunalara "karton fanatlar” yerləşdiriləcək. Həmin kartonların üzərində isə arzulayan hər bir azarkeşin fotosu yer ala bilər.

 

Klubun rəsmi saytında bununla bağlı aşağıdakı açıqlama yer alıb: "Yenə də bizə yaraşanı edəcəyik. Tribunalarımız "tıklım-tıklım” dolu olacaq. Sən də "Beşiktaş”dan ayrılmaram deyirsənsən, "ruhumuzyeter.bjk.com.tr” saytına baş çək, öz fotunu bizə yolla”.