Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Velinton Sousa sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqanın 8-ci turu çərçivəsində “Qaziantep”lə keçirilən oyunda zədələnən braziliyalı müdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Qaziantep” – “Beşiktaş” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.