“Beşiktaş”ın futbolçuları karantinə alındı
- 05 May 2020 21:00
- 620
Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə Super Liqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri İstanbula qayıdıblar.
Rekord.az xəbər verir ki, Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu artıq xüsusi çarter reysləri ilə Türkiyəyə dönüblər.
Amma onlar dərhal karantinə alınıblar. Nəzərdə tutulan karantin müddəti bitdikdən sonra legioner futbolçular da “Beşiktaş”ın bazasında məşqlərə başlaya biləcəklər.
Qeyd edək ki, “Beşiktaş”ın yerli futbolçularından əksəri klubun bazasında məşqlərini davam etdirir. Gökhan Gönül, Caner Erkin, Necip Uysal, Güven Yalçın, Utku Yuvakuran, Rıdvan Yılmaz sosial məsafəni qorumaq şərtilə məhz bazada hazırlaşırlar. Bu vaxt ərzində Türkiyədə qalan Tayler Boyd da fərdi qaydada məşqlərini davam etdirir.
Qeyd edək ki, Türkiyədə çempionat oyunlarına martın 19-dan fasilə verilib. 2019/20 mövsümünün iyun ayında bərpa olunması planlaşdırılır.