“Beşiktaş”ın futbolçusu Fransa klubunda
- 18 Yan 2024 18:40
- 221
Türkiyənin "Beşiktaş" klubu heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə verib.
Rekord.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa "Nitsa"sında çıxış edəcək.
Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.
“Beşiktaş” ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırmışdı.