"Beşiktaş"ın futbolçusu xəstəxanaya yerləşdirilib
- 29 Okt 2023 16:51
- 262
Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu forvard bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.
"Beşiktaş" oktyabrın 30-da Türkiyə Super Liqasının növbəti turunda "Qaziantep"i qəbul edəcək.