“Beşiktaş”ın kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Rekord.az xəbər verir ki, testlər nəticəsində bir futbolçuda koronavirus aşkarlanıb.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

COVİD-19 testi pozitiv çıxan futbolçunun adı açıqlanmayıb. O, dərhal karantinə alınıb.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində dekabrın 17-də “Tarsus İdmanyurdu” ilə qarşılaşacaq.