“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı
- 20 Yan 2021 21:20
- 679
“Beşiktaş”ın bir futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq “Fatih Karagümrük” matçı öncəsi kollektivdən COVİD-19 testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə futbolçulardan birinin testi pozitiv çıxıb. Adı açıqlanmayan həmin oyunçu karantinə alınıb.
Qeyd edək ki, “Beşiktaş” Super Liqada 18 oyuna topladığı 38 xalla birinci pillədə qərarlaşıb.