![photo](https://www.rekord.az/storage/uploads/5/daler-780x470.jpeg)
“Beşiktaş”ın istədiyi futbolçu Fransa klubunda
- 14 İyl 2023 21:00
- 328
Adı Türkiyənin “Beşiktaş” klubu ilə hallanan rusiyalı yarımmüdafiəçi Daler Kuzyayev Fransanın “Havr” klubuna keçib.
Rekord.az xəbər verir ki, o, yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək.
Onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Kuzyayev karyerası ərzində yalnız Rusiyada çıxış edib. O, ilk dəfə legioner həyatı yaşayacaq.