“Beşiktaş”ın koronavirusa qalib gələn futbolçusu üçün mövsüm bitdi
- 16 İyl 2020 13:42
- 555
“Beşiktaş”ın futbolçusu Mehmet Umut Nayir koronavirusa qalib gəlib.
Rekord.az xəbər verir ki, 27 yaşlı türkiyəli hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
“İyunun 24-də pozitiv çıxan koronavirus testim bu gün (dünən – red.) ilk dəfə neqativə döndü. “Keçmiş olsun” diləklərinizə görə hamınıza təşəkkürümü bildirirəm”.
O, tam sağalmasına baxmayaraq, mövsümün qalan hissəsində də meydana çıxmayacağını bəyan edib:
“Türkiyə Futbol Federasiyası tərəfindən hazırlanan tibbi protokollara əsasən, meydana dönməyim üçün 5 günlük fasilə ilə ardıcıl 3 analimizin nəticəsi neqativ çıxmalıdı. Bu isə o deməkdi ki, mövsümün qalan hissəsində komanda ilə meydanda ola bilməyəcəm”.