Türkiyənin “Beşiktaş” klubunun futbolçuları Cermeyn Lens və Kevin Prins Boatenq komandadan ayrılıblar.

Rekord.az xəbər verir ki, koronavirusla əlaqədar Super Liqadakı fasilədən istifadə edən hollandiyalı yarımmüdafiəçi ilə Qana əsilli alman hücumçu rəhbərlikdən icazə alaraq ölkələrinə yollanıblar.

Hər iki legioner ailələri ilə birlikdə İstanbulu xüsusi təyyarə ilə tərk ediblər. Onların Super Liqanın startı ərəfəsində "Beşiktaş"ın düşərgəsinə qayıdacaqları bildirilib.

Qeyd edək ki, Türkiyə çempionatının oyunları martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb. Çempionatın nə vaxt bərpa olunacağı isə bilinmir.