“Beşiktaş”ın prezidenti 2-ci dəfə koronavirusa yoluxdu
- 30 Dek 2020 19:40
- 511
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi ikinci dəfə koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 61 yaşlı funksionerin koronavirus testinin müsbət çıxdığı bildirilib. Xəstəxanaya yerləşdirilən klub prezidentinin 1 həftə orada müalicə alacağı diqqətə çatdırılıb.
Çebi, bundan əvvəl may ayında da koronavirusa yoluxmuşdu.