“Bayern”in sabiq futbolçusu Valerien İsmael bundan sonra İngiltərə klubunu çalışdıracaq.


Rekord.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Çempionşipdə mübarizə aparan "Bləkbörn Rovers"lə anlaşıb.


İsmael 2022-ci ildə Türkiyənin Beşiktaş klubunun baş məşqçisi olub. O, son olaraq "Uotford" (İngiltərə) kollektivində çalışıb.