“Beşiktaş”la “Alanyaspor”un rəqibləri bəlli oldu - Avroliqada
- 01 Sen 2020 16:50
- 729
Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Əsas yolda 26 cüt müəyyənləşib. Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Neftçi”nin Türkiyə “Qalatasaray”ı ilə təşkil etdiyi cütün növbəti rəqibi də bilinib. Həmçinin qonşu ölkənin digər təmsilçiləri “Beşiktaş” və “Alanyaspor” da qarşılaşacağı komandaları tanıyıb.
Püşkatmada Çempionlar yolunun 9 cütü də bəlli olub. Hər iki yolda mərhələnin yeganə matçının ev sahibi də müəyyənləşib.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Əsas Yol
Baçka Topola (Serbiya)/Styaua (Rumıniya) cütünün qalibi - Riteryay (Litva)/Slovan (Çexiya) cütünün qalibi
Neftçi (Azərbaycan)/Qalatasaray (Türkiyə) cütünün qalibi - Renova (Şimali Makedoniya)/Hayduk (Xorvatiya) cütünün qalibi
Osiyek (Xorvatiya)/Bazel (İsveçrə) cütünün qalibi - Anortosis (Kipr)
ÇSKA (Sofiya, Bolqarıstan)/BATE (Belarus) cütünün qalibi - B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi
Laçi (Albaniya)/Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi - Kolreyn (Şimali İrlandiya)/Motervell (Şotlandiya) cütünün qalibi
Viktoriya (Plzen, Çexiya) - Sonderyuske (Danimarka)
Honved (Macarıstan)/Malmö (İsveç) cütünün qalibi - Lokomotiva (Xorvatiya)
Ventspils (Latviya)/Rusenborq (Norveç) cütünün qalibi - Alanyaspor (Türkiyə)
Teuta (Albaniya)/Qranada (İspaniya) cütünün qalibi - Lokomotivi (Gürcüstan)/Dinamo (Moskva, Rusiya) cütünün qalibi
LASK (Avstriya) – Dunayska Streda (Slovakiya)/Yablonets (Çexiya) cütünün qalibi
Bala Taun (Uels)/Standard (Belçika) cütünün qalibi - Voyvodina (Serbiya)
OFİ (Yunanıstan)/Apollon (Kipr) cütünün qalibi - Hammarbü (İsveç)/Lex (Polşa) cütünün qalibi
Nomme Kalyu (Estoniya)/Mura (Sloveniya)/Orhus (Danimarka) cütünün qalibi - PSV (Niderland)
Şarlerua (Belçika) - Sfintul (Moldova)/Partizan (Serbiya) cütünün qalibi
Hibernians (Malta)/Fehervar (Macarıstan) cütünün qalibi - Servett (İsveçrə)/Reyms (Fransa) cütünün qalibi
Sankt-Qallen (İsveç) - AEK (Yunanıstan)
Botoşani (Rumıniya)/Şkendiya (Şimali Makedoniya) cütünün qalibi - Lokomotiv (Plovdiv, Bolqarıstan)/Tottenhem (İngiltərə) cütünün qalibi
Proqress (Lüksemburq)/Villem II (Niderland) cütünün qalibi - Linkoln (Cəbəllütariq)/Reyncers (Şotlandiya) cütünün qalibi
Sportinq (Portuqaliya) - Vikinq (Norveç)/Aberdin (Şotlandiya) cütünün qalibi
Kukesi (Albaniya)/Volfsburq (Almaniya) cütünün qalibi - Desna (Ukrayna)
Riyeka (Xorvatiya) - Aris (Yunanıstan)/Kolos (Ukrayna) cütünün qalibi
Şemrok Rovers (İrlandiya)/Milan (İtaliya) cütünün qalibi - Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün qalibi
Rostov (Rusiya) - Makkabi (Hayfa, İsrail)/Jelezniçar (Bosniya və Herseqovina)/Kayrat (Qazaxıstan) cütünün qalibi
Beşiktaş (Türkiyə) - Borats (Bosniya və Herseqovina)/Rio Ave (Portuqaliya) cütünün qalibi
Göteborq (İsveç)/Kopenhagen (Danimarka) cütünün qalibi - Pyast (Polşa)/Hartberq (Avstriya) cütünün qalibi
Kaysar (Qazaxıstan)/APOEL (Kipr) cütünün qalibi - Olimpiya (Sloveniya)/Zrinski (Bosniya və Herseqovina) cütünün qalibi
Çempionlar yolu
Riqa (Latviya)/Tre Fiori (San-Marino) cütünün qalibi - Seltik (Şotlandiya)
Kuopio (Finlandiya)/Slovan (Slovakiya) cütünün qalibi - Suduva (Litva)
Legiya (Polşa) - Sileks (Şimali Makedoniya)/Drita (Kosovo) cütünün qalibi
Klasksvik (Farer adaları) - Konnah Kuey (Uels)/Dinamo (Tbilisi, Gürcüstan) cütünün qalibi
Yurqorden (İsveç)/Europa (Cəbəllütariq) cütünün qalibi - ÇFR (Rumıniya)
Linfild (Şimali İrlandiya)/Floriana (Malta) cütünün qalibi - Flora (Estoniya)/Reykyavik (İslandiya) cütünün qalibi
Sarayevo (Bosniya və Herseqovina) - Astana (Qazaxıstan)/Buduçnost (Monteneqro) cütünün qalibi
Şerif (Moldova) - İnter (Andorra)/Dandalk (İrlandiya) cütünün qalibi
Ararat (Ermənistan)/Fola Eş (Lüksemburq) cütünün qalibi - Çelye (Sloveniya)