![photo](https://www.rekord.az/storage/uploads/5/367707394-796206552505827-2112826295153177766-n.jpg)
“Beşiktaş”la səfər matçında “Neftçi”ni dəstəkləmək istəyən azarkeşlərin diqqətinə
- 15 Avq 2023 14:30
- 295
“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 17-də Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda “Beşiktaş”ın qonağı olacaq.
Rekord.az xəbər verir ki, İstanbul vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmada “Neftçi”ni dəstəkləmək istəyən azarkeşlər oyunu rəqib komanda fanatları üçün nəzərdə tutulan tribunada izləyə biləcəklər.
Həmin sektora bilet əldə etmək istəyən azarkeşlər “Neftçi” PFK-ya müraciət edə bilərlər.
Bilet üçün azərbaycanlı azarkeşlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaq xahiş olunur:
+994 50 218 41 86
Xatırladaq ki, Bakıdakı ilk oyunda “Neftçi” bu rəqibinə 1:3 hesabıyla uduzub.