“Beşinci dəfə dünya çempionu olmağa çalışacağam”
- 30 Okt 2024 12:40
- 196
“Beşinci dəfə dünya çempionu olmağa çalışacağam. Bundan sonra karyeramı bitirəcəyəm”.
Rekord.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib:
"Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı beşinci qızıl mükafatı əldə etmək istəyirəm".
Əzizli finalda məğlub etdiyi iranlı rəqibi Poya Marz haqqında da danışıb:
"Onunla əvvəl də üz-üzə gəlmişik. Bir-birimizi yaxşı tanıyırıq".
Qeyd edək ki, Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.