Türkiyənin “Göztəpə” klubu portuqaliyalı qapıçısı Beto ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bəyan edərək hər kəslə vidalaşıb. Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.

Portuqaliya yığmasının sabiq qapıçısı “Göztəpə”yə Lissabon “Sportinq”indən gəlmişdi. O, karyerası ərzində “Sevilya”, “Braqa”, “Portu”, “ÇFR Kluj”, “Leyksoeş” kimi klubların da uğurları üçün çalışıb.