“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Rekord.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı oyunun gedişatına əsasən, ən pis matçlarından birini keçirdiklərini bildirib:

“Oyunun gedişatına əsasən deyə bilərəm ki, ən pis matçlarımızdan birini keçirdik. Oyunun əvvəlini istisna edə bilərik. Mən futbolçularıma bu oyundan nəticə çıxarmalarını bildirdim. Yaxşı ki, sonda qələbə qazana bildik.

Bəli, deyə bilərəm ki, hardasa bəxtimiz də gətirdi, üç xal qazandıq. Oyunçularımızda arxayınçılıqdan söhbət gedə bilməz. Mən onlara əvvəlcədən tapşırmışdım ki, “Kəpəz” hazırda layiq olduğu yerdə deyil”.