"Zirə" daha bir futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki yayda Samir Abasovun istəyi ilə "Zirə"yə gətirilən Bəxtiyar Həsənalızadə yeni baş məşqçi Zaur Həşimovun planlarına daxil deyil.

Həşimov Bəxtiyara özünə yeni klub tapmağı tövsiyyə edib. Hazırda əvəzedici komandada məşq edən Həsənalızadənin "Zirə" ilə yaya kimi müqaviləsi olduğunu da qeyd edək. Odur ki sumqayıtlı müdafiəçi yaya kimi  hansısa kluba icarəyə də gedə bilər.