photo

Bəxtiyarla Elvin klub tapa bilmir

  • 2020-01-13 17:00
  • 570

"Zirə"nin baş məşqçisi Zaur Həşimovun  öz sisteminə uyğun bilməyərək özlərinə klub tapmağı tapşırdığı Bəxtiyar Həsənalızadə ilə Elvin Məmmədov hələ də əvəzedici komandada məşq edir.

Rekord.az-a daxil olan məlumata görə hər iki futbolçu çıxılmaz vəziyyətə düşüb.

Çünki Premyer Liqada çıxış edən bütün klublar Antalyaya yola düşüb və heç kim Bəxtiyarla Elvinə təklif göndərməyib. Klublar Antalyadan qayıtdıqdan sonra isə gec olacağını nəzərə alsaq bu futbolçulara hansısa təklifin olacağı az inandırıcı görünür. Hər halda futbolçular ümidlərini itirmir.

Son xəbərlər