Bəxtiyarlı “Tuzlaspor” doğma meydanda xalsız qaldı
- 22 Okt 2023 16:00
- 332
Türkiyənin 1-ci liqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Kocaelispor”la qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 7 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.