Türkiyənin 1-ci liqasında 15-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Bodrumspor”la qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər – 1:1.

Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.

“Tuzlaspor” hesabındakı 13 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.