![photo](https://www.rekord.az/storage/uploads/5/1696097993-1695456303-1694966117-f04dc0ec-cb26-3392-8bf1-e237354c7b6f-850-1.jpg)
Bəxtiyarlı “Tuzlaspor”dan səfər qələbəsi
- 08 Okt 2023 19:00
- 322
Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Keçiörengücü” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 7 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.