Beyl: " Beş il əvvəlki yığmanızla indiki arasında fərq, inkişaf hiss olunur"
- 15 Noy 2019 21:59
- 716
Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyun öncəsi mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, "Real"ın futbolçusu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
- Remzinin qayıdışı məni sevindirir. Onunla meydanda olmaq xoşdur. Milli komandada olynamaq hər zaman şərəflidir. Bütün gücümü meydanda ortaya qoyacam.
- Əvvəllər U-21 səviyyəsində Azərbaycana qarşı oynamısız, yoxsa Bakıya ilk dəfədir gəlirsiz?
- Xeyr, Bakıya ilk dəfədir gəlirəm.
- Azərbaycan millisi haqda nə düşünürsüz?
- Son oyunlarınızı izləyəndə inkişaf görmək olur. Beş il əvvəlki yığmanızla indiki arasında fərq, inkişaf hiss olunur.