Beyl qərarını açıqladı
- 25 May 2021 11:42
- 739
Müqavilə ilə "Real"a məxsus olan, icarə əsasında "Tottenhem"də çıxış edən Qaret Beyl gələcəyi ilə bağlı qərarını verib.
Rekord.az xəbər verir ki, bu barədə o, "Sky Sports"a açıqlamasında deyib: "Nə edəcəyimi bilirəm, amma bir şey söyləsəm, xaosa səbəb olar. Qərarımı daha sonra açıqlayacam".
Qeyd edək ki, Beylin "Tottenhem"lə icarə müqaviləsi bu yay başa çatır.