Qaret Beyl "Tottenhem"lə icarə müqaviləsi başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Real"a qayıtmaq istəyir.

Rekord.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Eyni zamanda, 31 yaşlı futbolçunun Madrid klunun baş məşqçisi Zinəddin Zidanla çətin münasibətlərini davam etdiyi bildirilib.

Beyl İngiltərə təmsilçisinə icarəyə verildikdən sonra Premyer Liqa və Avroliqada ümumilikdə 9 oyuna çıxıb, 2 qol vurub. Onun "Tottenhem"lə icarə müqaviləsi bu mövsümün sonu başa çatır.