Beyl "Tottenhem"də qalacaq
- 11 Mar 2021 13:22
- 631
“Tottenhem” Qaret Beylin oyunundan razıdır.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi Beylin icarə müddətini daha bir il uzatmağı planlaşdırır.
“Tottenhem” onun transfer hüququnu da almaq səlahiyyətinə malikdir.
Bir müddət əvvəl “Tottenhem”in baş məşqçisi Joze Mourinyo bildirmişdi ki, Beyl özünü London klubunda xoşbəxt hiss edir. O, futbolçunun daha da inkişaf etdiyini qeyd etmişdi.
Öz növbəsində, “Real”ın baş məşqçisi Zidan da vurğulayıb ki, Beylin geri qaytarılmasında maraqlı deyil. Müqavilə ilə “Real”a məxsus olan Beyl 2020/2021 mövsümündə “Tottenhem”ə icarəyə verilib.
O, cari mövsümdə Premyer Liqada 11 oyun keçirib və 5 qol vurub, 2 qol ötürməsi edib.