Beyləqan rayon Olimpiya İdman Kompleksində 2008-2010-cu il təvəllüdlü yeniyetmə və gənclər arasında boks üzrə açıq rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, açıq rayon birinciliyində Beyləqan, İmişli, Cəlilabad və Biləsuvar rayonundan olan idmançılar 7 çəki (38, 42, 48, 54, 57, 65, 70) dərəcəsində mübarizə aparıblar.

Qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.