Beyləqanda "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar
- 29 Sen 2023 12:47
- 273
Mil-Muğan regional Gənclər və İdman İdarəsinin Beyləqan sektorunun təşkilatçılığı və Beyləqan Olimpiya İdman Kompleksinin dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr arası futbol üzrə nümunəvi çıxışlar olmuşdur.
Rekord.az xəbər verir ki, rayonda futbolun inkişafı üçün müasir infrastruktur yaradılmış və futbola marağı olan yeniyetmə və gənclərin bu imkanlardan istifadəsi üçün münasib şərait yaradılmışdır.