“Real”ın futbolçusu Qaret Beyl zədələnib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçinin əl barmağı çıxıb. Ancaq o, bugünkü məşqdə iştirak edib.

Beylin La Liqanın növbəti turunda “Selta” ilə oyunda iştirak edib-etməyəcəyi hələlik bilinmir.