"Real"ın futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, "Nyukasl" 30 yaşlı hücumçu ilə maraqlanır. Madrid təmsilçisinin uelsli oyunçunu 20 milyon avroya satmağa hazır olduğu bildirilib. İllik maaşı 17 milyon avro olan Beyli "Real" sataraq büdcəsini tənzimləmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Beylin La Liqa klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Xatırladaq ki, Beyl 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya "Real"a transfer olunub.