Daha bir voleybol hakimimiz avro kubok oyununa təyinat alıb. “Rekord.az” xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının qərarı ilə Konstantin Selin “Challenge Cup” oyununu idarə edəcək.

K.Selin turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutacaq Çexiyanın “Olimp” və Sloveniyanın “Kalsit” klublarının qarşılaşmasını idarə edəcək. Dekabrın 18-də keçiriləcək oyunun ikinci hakimi olacaq.